ABŞ-ın Kaliforniya ştatında qonşu ailədən 4 nəfəri öldürməkdə təqsirli bilinən 17 yaşlı gəncin həbsinin davam etdirilməsi qərara alınıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Şəhərdəki yetkinlik yaşına çatmayanlar məhkəməsində hakim qarşısına çıxan müttəhim R.İ. Kaliforniyanın Fresno şəhərinin cənub-qərbində yerləşən Ridli ona qarşı irəli sürülən ittihamları rədd edib.
Hakim tərəfindən həbs-qətimkan tədbirinin davam etdirilməsi ilə bağlı qərar çıxarılan R.İ.-nin 4 qətldə təqsirli bilinəcəyi təqdirdə 25 yaşına qədər islah müəssisəsində saxlanacağı gözlənilir.
Prokurorlar R.İ.-nin yetkinlik yaşına çatmış kimi mühakimə olunmasını və bu halda şərti azad edilmədən ömürlük həbs cəzası ala biləcəyini tələb edirlər.
Polis öldürülən 4 nəfərdən 3-nün cəsədinin qurbanların evlərinin arxasındakı bağda, digərinin isə R.İ.-nin evinin qarajında basdırıldığını açıqlayıb.
“The Fresno Bee” qəzetinin məlumatına görə, polis qurbanların evində silah və pul olan seyfin zorla açılaraq boşaldıldığını və bunun qətl üçün mümkün motiv ola biləcəyini açıqlayıb.
Digər tərəfdən R.İ.-nin anası və sevgilisi qətllərdə şərik olmaqda ittiham olunsalar da, zaminə buraxılıblar.