ABŞ-da 7 yaşlı uşaq çimərlikdə qazdığı çuxurun uçması nəticəsində ölübbackend

ABŞ-da 7 yaşlı uşaq çimərlikdə qazdığı çuxurun uçması nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında çimərlikdə qazdığı çuxurun çökməsi nəticəsində 7 yaşlı qız ölüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Florida ştatında bir çimərlikdə baş verən hadisə ilə bağlı əyalət yanğınsöndürmə səlahiyyətliləri açıqlama verib.

Səlahiyyətlilər 7 yaşlı qızın çimərlikdə qazdığı 1,8 metr dərinlikdəki çuxurda tamamilə basdırılmış vəziyyətdə, 8 yaşlı oğlanın isə sinəsinə qədər basdırılmış vəziyyətdə tapıldığını bildirib.

Səlahiyyətlilər bildiriblər ki, qızın öldüyü müəyyən edilib və oğlanın vəziyyəti stabildir.

Uşaqların sözügedən çuxurun qazılması üçün böyüklərdən kömək alıb-almadığı məlum deyil.