ABŞ-da bir anbarda baş verən partlayışlarda ətrafa səpələnmiş dağıntı parçaları təxminən 400 metr uzağa səpələnərək 1 nəfərin ölümünə səbəb olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Detroit ştatının Clinton Township şəhərində Select Distributors adlı firmaya aid anbarda çoxsaylı partlayışlar baş verib.
Partlayışlar nəticəsində dağıntı parçaları obyektdən təqribən 2 kilometr uzaqlıqdakı əraziyə yayılıb və obyektdən təxminən 400 metr aralıda uçan dağıntı parçası 19 yaşlı gəncin ölümünə səbəb olub.
Partlayışlardan sonra yanğının baş verdiyi obyektə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Polis əhalidən ərazidən uzaq durmağı xahiş edib.
Partlayışların səbəbi hələlik məlum olmasa da, obyektdəki yanğının nəzarətə götürüldüyü bildirilib.
Partlayış nəticəsində ətrafa səpələnən dağıntıların 1 polis və yanğınsöndürən maşınına ziyan dəydiyi bildirilib.