ABŞ-da gözdən əlil şahidin ifadəsi ilə məhkum olunan şəxs 12 ildən sonra azadlığa buraxılıbbackend

ABŞ-da gözdən əlil şahidin ifadəsi ilə məhkum olunan şəxs 12 ildən sonra azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da adam öldürməkdə haqsız yerə mühakimə olunan və gözdən əlil şahidin ifadəsi əsasında həbsə məhkum edilən 30 yaşlı kişi 12 ildən sonra sərbəst buraxılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, vəkil Lauren Myerscough-Mueller mətbuat konfransında müvəkkili Darien Harrisin Çikaqodakı Cook County həbsxanasından azad edildiyini açıqlayıb.

Vəkil Myerscough-Mueller, prokurorların dekabrın 19-da qətlə görə mühakimə olunduğu işdə verilən 76 illik cəzanın 12,5 ilini çəkən Harrisə qarşı ittihamları geri götürdüyünü söyləyib.

Harris məhkəmədə 12,5 illik cəzasını nəzərdə tutaraq, ən yaxşı illərindən bəzilərini əldən verdiyini bildirib.

Harrisin anası Nakeşa Harris də oğlunun nəhayət evə qayıtmasından xoşbəxtliyini ifadə edib.

Vəkil Myerscough-Mueller CNN-ə bildirib ki, onlar 2022-ci ilin fevralında verdikləri ərizə ilə dəlilləri və konstitusiya pozuntularını hakimə təqdim ediblər.

Vəsatət əsasında hakim Harrisin məhkumluğunu ləğv etdi və yeni məhkəmə araşdırması təyin edib.

İttihamların rədd edilməsinə səbəb Harrisin cinayət törətdiyinə dair ifadə verən şəxsin görmə qabiliyyətinin zəif olması, habelə məhkəmənin təqdim etdiyi sübutların hərtərəfli araşdırılmasından sonra Harrisi ittiham etmək üçün heç bir aydın və inandırıcı dəlilin tapılmaması olub.

Həbs olunanda onun 18 yaşı var idi

Məhkəmə sənədlərinə görə, Harris 2011-ci ilin iyununda qətl və adam öldürməyə cəhddə təqsirli bilinib.

Harrisin həbs olunarkən 18 yaşında olduğu və orta məktəbi bitirməsinə bir həftə qalmış olduğu bildirilib.

Söz mövzusu kor şahid Harrisi qətldən bir neçə gün sonra atışma zamanı qeyd etmişdi.