ABŞ-da İsrail və Ukrayna üçün təhlükəsizlik paketinin təqdimatı keçirilibbackend

ABŞ-da İsrail və Ukrayna üçün təhlükəsizlik paketinin təqdimatı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da demokratlar İsrail və Ukraynaya yardımların da yer aldığı təxminən 111 milyard dollarlıq milli təhlükəsizlik paketini Senata təqdim ediblər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. The Hill qəzetinin xəbərinə görə, Demokratlar tərəfindən İsrail və Ukraynaya təhlükəsizlik paketi təqdim edilib. ABŞ Senatında çoxluq təşkil edir.

Təxminən 111 milyard dollarlıq paket çərçivəsində Rusiya ilə davam edən müharibə səbəbiylə qaynaq çatışmazlığından əziyyət çəkən Ukraynaya hərbi təlim və kəşfiyyat dəstəyi üçün 15 milyard dollardan çox yardım edilməsi planlaşdırılır.

Təhlükəsizlik paketində İsrailə 10,6 milyard dollar yardım nəzərdə tutulduğu halda, bu yardımın 4 milyard dolları raketdən müdafiə imkanlarının artırılmasına, 1,2 milyard dolları isə “Dəmir şüa” hava hücumundan müdafiə sisteminin inkişafına yönəlib.

Paket ABŞ-ın silah və sursat istehsal gücünü artırmaqla yanaşı, sualtı qayıq sənayesinə sərmayə qoymaq üçün 43,6 milyard dollar ayırır və ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərinin artırılması üçün əlavə tədbirləri əhatə edir.

Paketin qanuna çevrilməsi üçün onun Senat tərəfindən təsdiqlənməsi, daha sonra Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanması lazımdır.