ABŞ-da ötən il kütləvi silahlı zorakılıq hadisələri 657-yə çatıbbackend

ABŞ-da ötən il kütləvi silahlı zorakılıq hadisələri 657-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 2023-cü ildə kütləvi atışmaların sayının əvvəlki illə müqayisədə artaraq 657-yə çatdığı açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Silah Zorakılığı Arxivi (GVA) adlı internet saytından verilən məlumata görə, keçən il ən azı 657 kütləvi atışma olduğu halda, bu rəqəm 2022-ci ildə bildirilən hücumların sayını (646) ötüb.

Oktyabr ayında Men ştatının Lewiston şəhərində 18 nəfərin ölümü və 13 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışma 2023-cü il də daxil olmaqla son illərin ən ölümcül atışmalarından biri kimi qeydə alınıb.

GVA qeydlərinə 2023-cü ildə bütün silahlı hücumlarda cəmi 42 min 988 adamın həyatını itirdiyi və 36 min 366 adamın yaralandığı məlumatı daxil idi.

Ölkədəki silahlı zorakılıq hadisələrini gündəlik 7 mindən çox mənbədən toplayan GVA-nın məlumatına görə, 2023-cü ildə hər cür silahlı hücumlarda öldürülən və yaralanan polis məmurlarının ümumi sayı əvvəlki ilə nisbətən 20 nəfər artaraq 368-ə çatıb.

Arxiv 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma olduğunu bildirib.

Silah Zorakılığı Arxivi “kütləvi atışma”nı müəyyən etmək üçün Federal Təhqiqat Bürosunun (FTB) meyarlarından istifadə edir. Buna görə, bir hadisədə hücum edəndən başqa ən azı 4 nəfərin öldüyü və ya yaralandığı silahlı hücumlar “kütləvi atışma” sayılır. Bu tərif mənfəət məqsədli cinayət fəaliyyətlərini, fərdi düşmənçilik və ya dəstə insidentlərini, ailə qətllərini və oxşar zorakılıq hadisələrini əhatə etmir.