ABŞ-ın Nyu-York şəhərindəki Frederik Duqlas-Greater Roçester Beynəlxalq Hava Limanına enən təyyarə qarlı hava səbəbindən uçuş-enmə zolağında sürüşüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Təyyarədə olan 53 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
“New York Post”un məlumatına görə, Filadelfiyadan havaya qalxan “American Airlines” aviaşirkətinə məxsus Embraer E145 model təyyarəsi təxminən 1 saat gecikmə ilə Nyu York hava limanına enib.
Aviaşirkətin sözçüsü bildirib ki, bölgədə qarlı hava şəraiti səbəbindən uçuş-enmə zolağında hərəkət edən təyyarə eniş zolağından kənarda qarla örtülmüş torpaq sahəsinə sürüşüb.
Qeyd edilib ki, təyyarəyə təcili yardım qrupları cəlb olunub və təyyarədə olan 53 nəfər yanğınsöndürmə briqadaları tərəfindən təxliyyə edilib.