ABŞ gəmilərə hücumlara qarşı “Dəniz İşçi Qrupu” yaradırbackend

ABŞ gəmilərə hücumlara qarşı “Dəniz İşçi Qrupu” yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Yaxın Şərqdəki hadisələri dəyərləndirib.

Rayder ABŞ-ın Qırmızı dənizdə husilərin hücumlarına qarşı Dəniz İşçi Qrupunun yaradılması ilə bağlı tərəfdaşları və müttəfiqləri ilə danışıqlar apardığını ifadə edib: “Husilərin beynəlxalq sularda ticarət gəmilərinə hücumları olduğunu vurğulamaq vacibdir”.

Sözügedən iş qrupu üçün bir çərçivə yaradıldığını və detalların daha sonra açıqlanacağını bildirən Ryder bunun 38 istəkli ölkədən ibarət bir koalisiya olacağını və heç bir üzv ölkədən müəyyən səviyyədə iştirakın nəzərdə tutulmayacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media platformasında verilən açıqlamada Qırmızı dənizin cənubunda beynəlxalq sularda 3 ticarət gəmisinə 4 hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada, Qırmızı dənizin cənubunda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Carney” esminesinin kommersiya gəmilərinin kömək çağırışına cavab verdiyi və esminesin gəmilərə kömək edərkən özünə doğru irəliləyən 3 İHA-nı vurduğu bildirilib.

Husilərin lideri Əbd əl-Malik əl-Husi noyabrın 14-də televiziyadakı çıxışında Qırmızı dənizdəki İsrail gəmilərini raketlər və İHA-larla hədəfə ala biləcəkləri ilə hədələyib.