ABŞ Hərbi Hava Qüvvələri Buşnellin ölümünü “faciə” kimi qiymətləndiribbackend

ABŞ Hərbi Hava Qüvvələri Buşnellin ölümünü “faciə” kimi qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general David Allvin İsrailin Qəzzaya hücumlarına cavab olaraq özünü yandıran ABŞ əsgəri Aaron Buşnellin ölümünü “faciə” kimi qiymətləndirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Vaşinqtondakı Brookings İnstitutunda çıxış edən Allvinə Bushnellin etirazı ilə bağlı sual verilib. O, bu hadiəsni soyqırımı adlandırıb.

“Hərbi Hava Qüvvələrimiz üçün biz buna özümüzdən birini itirmək kimi baxırıq, istər siyasi, istərsə də başqa. İstənilən intihar, istər siyasi etiraz olsun, istərsə də hər hansı bir hadisə, faciədir”, – Allvin deyib.

Hadisənin standart bir araşdırma çərçivəsində araşdırıldığını deyən Allvin hər il təxminən 100 intihar hadisəsi olduğunu və bu son intihara çox siyasi məna verildiyini bildirib:

“Bu, itirdiyimiz hərbçilərimizdən sadəcə biridir və biz ailəyə baxırıq, bölməyə baxırıq və bunun arxasında hər hansı bir kontekst olub-olmadığını, hansı dərsləri öyrənə biləcəyimizi anlamağa çalışırıq”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da Buşnellin ölümünü “faciə” adlandırıb.