ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıbbackend

ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

“ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb”, – komandanlığın “X”dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.