ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq etdibackend

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib.

səfirlik vətəndaşlara Karahunc-David-Bek və Kapan-Çakaten hissələrinə səyahətdən çəkinmələrini bildirib.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Amerika Birləşmiş Ştatlarının Yerevandakı səfirliyi ABŞ vətəndaşlarının nəzərinə çatdırır ki, səfirliyin əməkdaşları və onların ailə üzvləri M17 magistral yolu ilə Karahunc və David-Bek kəndləri və Kapan-Çakaten yolu ilə hərəkət etmək qadağandır. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan sərhədində ayıq-sayıq olmalı və Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər”, – deyə xəbərdarlıqda deyilir.  /Yenisabah.az/