ABŞ İraq Kürdüstanında neft yataqlarına edilən hücumları PİSLƏDİbackend

ABŞ İraq Kürdüstanında neft yataqlarına edilən hücumları PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İraq Kürdüstanında neft yataqlarına edilən hücumları pisləyir.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin İraqdakı səfirliyinin bəyanatında deyilir.

ABŞ İraq Kürdüstanında neft yataqlarında mühüm infrastruktur obyektlərinə pilotsuz təyyarələrin hücumunu pisləyib.

“Bu hücumlar qəbuledilməzdir, İraqın suverenliyinə xələl gətirir və onun xarici sərmayələri cəlb etmək səylərinə zərər verir.

Biz İraq hökumətini bu hücumları araşdırmağa və məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq”, – diplomatik nümayəndəlik vurğulayıb.

Bu hücumlar iyulun 14 və 15-də müvafiq olaraq Ərbil və Duhuk əyalətlərində yerləşən Xurmala və Sərsəng yataqlarında həyata keçirilib.

Bugünkü hücum nəticəsində Sərsəngdə hasilat dayandırılıb. Hücumlara görə hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Bununla belə, “Reuters” İraq Kürdüstanının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən qeyd edir ki, pilotsuz təyyarə regionda iranpərəst qrupların nəzarətində olan ərazilərdən buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az