ABŞ Macarıstana silahlı çevrilişə mümkün hazırlıq barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Telex” internet nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Macarıstanın xüsusi xidmət orqanları ABŞ-dən ölkədə hökumət əleyhinə silahlı aksiyaya mümkün hazırlıq barədə məlumat alıb.
Macarıstanın Milli Terrorla Mübarizə Mərkəzi bu təhlükəni aradan qaldırmaq üçün tədbirlər görüb.
Xuraman Etibarlı
İnterpress.az