ABŞ-ın müdafiə naziri Lloyd Austin yanvarın 1-də xəstəliyi və xəstəxanaya yerləşdirildiyi barədə Ağ Evə niyə dərhal məlumat vermədiyi ilə bağlı Konqresə ifadə vermək üçün çağırılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
NBC News-un məlumatına görə, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers dünən Ostinə məktub göndərərək ondan fevralın 14-də məsələ ilə bağlı ifadə verməsini istəyib.
İfadə Müdafiə Nazirliyinin Ağ Ev rəsmilərinə Ostinin reanimasiyada olduğunu söyləmək üçün niyə üç gün gözlədiyinə diqqət yetirəcək.
Ostinə göndərilən 4 səhifəlik məktubda milli təhlükəsizlik sahəsində hər kəsin müdafiə nazirinin əlçatanlığına və şəffaflığına güvənə bilməsi lazım olduğuna diqqət çəkilib: “Təəssüf ki, son dövrlərdə bu keyfiyyətləri nümayiş etdirmədiniz”.
Məktubda Ostindən xəstəxanada qaldığı müddətdə Ağ Ev və Pentaqon rəsmiləri ilə keçirdiyi görüşlər, səlahiyyətlərin müvəqqəti olaraq dövlət katibinin müavini Ketlin Hiksə keçməsi və rəsmi fəaliyyəti ilə bağlı ətraflı məlumat istənilib.
Məsələ ilə bağlı tam dürüstlük və əməkdaşlığın gözlənildiyi vurğulanan məktubda qeyd olunur: “Bundan başqa heç bir şey qətiyyən qəbuledilməzdir”.