ABŞ-nin Ermənistandakı səfirliyi: “Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylər dəstəklənəcək”backend

ABŞ-nin Ermənistandakı səfirliyi: “Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylər dəstəklənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yazılıb.

Qeyd olunub ki, ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfəri zamanı Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşüb: “O, Ermənistan – ABŞ əməkdaşlığının genişləndirilməsini və regional sülh və sabitliyi müzakirə edib”.

Xatırladaq ki, L.Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.