Suriyada “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket atəşinə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
“Əl-Ömər” neft yatağındakı ABŞ-nin bazasına raket hücumu həyata keçirilib”, – məlumatda bildirilib.
Qeyd olunur ki, ABŞ bazasına 30 raket atılıb, buraxılış Suriyadan həyata keçirilib.