ABŞ ordusu Ukraynaya gəlir? – Kreml təşvişdəbackend

ABŞ ordusu Ukraynaya gəlir? – Kreml təşvişdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika hərbçilərinin Ukraynada peyda olma imkanları barədə Kiyevin bəyanatları qəbuledilməz və yersizdir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya sərhədi yaxınlığında belə bir ssenarinin hazırlanması gərginliyi daha da artıracaq. Əlbəttə bu, Rusiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməsini tələb edir. ABŞ və NATO Ukraynaya dəstək versə, Rusiya əlavə tədbirlər görməyə məcbur olacaq”, – deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ Rusiya aqressiyası halında Ukraynanı rəsmən dəstəkləyəcəyini vəd edib.

 

 

İnterpress.az