ABŞ Prezidentinə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıbbackend

ABŞ Prezidentinə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Baydenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daily Beast” nəşri yazıb.

Nəşrin məlumatına görə, saxlanılan Skott Merriman tanrının ona bu tapşırığı verdiyini deyib: “O, mənə millətin ürəyindəki ilanın başını kəsməyi əmr edib”.

Qeyd edək ki, S.Merriman Kanzas şəhərindən Meriləndə gedərkən bir restoranın yanında saxlanılıb. Onda bir neçə jurnal və hədəfləri müşahidə etmək üçün optik durbin aşkar edilib.