ABŞ Qəzzada şosedə atəşkəs çağırışı ilə etiraz aksiyası təşkil edibbackend

ABŞ Qəzzada şosedə atəşkəs çağırışı ilə etiraz aksiyası təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton əyalətinin Sietl şəhərində İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəs çağırışı edən nümayişçilər magistral yolda etiraz ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadla xəbər verir.

“The Seattle Times” qəzetinin məlumatına görə, Sülh üçün Yəhudi Səsinin təşkil etdiyi etiraz aksiyasına Fələstin bayraqları ilə qatılan nümayişçilər Qəzzada atəşkəs çağırışı etmək üçün bölgədəki magistral yola çıxıblar.

Etiraz səbəbilə magistral yolda bir neçə saatlıq nəqliyyatın hərəkəti dayanıb, nümayişçilərdən bəziləri sürücülərdən üzr istəyib.

Sülh üçün Yəhudilərin Səsi təşkilatının Seattle nümayəndəsi Maykl Qrant İsrailə Qəzzaya hücumları Amerika vergiləri ilə maliyyələşdirməyə kömək etməyə qarşı olduqlarını bildirib.

Qrant Qəzzada atəşkəsi dəstəkləmək üçün Konqres üzvlərinə təzyiq göstərməyə ümid etdiklərini bildirib.

Bildirilib ki, bir neçə saat davam edən aksiyadan sonra nümayişçilər magistral yolu tərk ediblər və polis heç bir həbs etməyib.