ABŞ silah satışı siyasətini yeniləyibbackend

ABŞ silah satışı siyasətini yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silah satışı siyasətini yeniləyib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

ABŞ administrasiyası silah satışını tənzimləyən Adi Silah Transferi Siyasətini yeniləyərkən, silah satışı ilə bağlı qərar verilərkən alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqlayıb.

ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yeniləyib.

Ağ Evdən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən sirkulyarda silah alan ölkələrin daxili işlərinə insan haqları, qanunun aliliyi, demokratik idarəetmə və hesabatlılıq, habelə ABŞ-ın maraqları və beynəlxalq təhdidlər öz əksini tapıb.

Sirkulyarda qeyd olunub ki, silahların təhvil verilməsi ilə bağlı qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqlik nəzərə alınacaq.

Əvvəlki Adi Silahların Transferi Siyasəti 2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın dövründə qüvvəyə minib.

Trampın silah satışı siyasəti ABŞ-ın hərbi və kommersiya maraqlarını üstün tuturdu.

Yəməndəki əməliyyatlarda çoxlu mülki itkilərə səbəb olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını məhdudlaşdırmadığı üçün Tramp tənqid edilib.