ABŞ prezidenti Co Bayden hökuməti Çin də daxil olmaqla xarici ölkələrin istehsal etdiyi və milli təhlükəsizlik baxımından həssas məlumat toplaya bildiyi deyilən “ağıllı avtomobilləri” araşdıracağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Ev Baydenin mövzu ilə bağlı yazılı açıqlamasını dərc edib.
Bayden telefonlara qoşulma səbəbiylə milli təhlükəsizlik baxımından həssas məlumatları toplaya bildiyi deyilən bu Çin istehsalı “ağıllı avtomobillər”in araşdırılacağını ifadə edib.
Çinin “ədalətsiz üsullarla avtomobil bazarına hakim olmaqda qərarlı” olduğunu ifadə edən Bayden deyib: “Çinin siyasəti bazarımızı öz avtomobilləri ilə doldura bilər. Bu, milli təhlükəsizliyimiz üçün risk yaradır. Belə bir şeyin olmasına icazə verməyəcəyəm”.
Bayden qeyd edib ki, o, Ticarət Nazirliyinə Çin kimi “əlaqədar” ölkələrin texnologiyasına malik nəqliyyat vasitələrinin araşdırılması və lazımi tədbirlər görülməsi barədə göstəriş verib.
Ağ Evdən verilən başqa bir açıqlamada Çin istehsalı olan “ağıllı avtomobillərin” məlumatlara çıxış əldə edəcəyi təqdirdə yeni təhlükəsizlik zəiflikləri və təhdidlərə səbəb ola biləcəyi bildirilib.
ABŞ Ticarət Nazirliyindən verilən açıqlamada məsələ ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.