Afrikanın bir çox ölkəsində sualtı xətlərdəki nasazlıqlar səbəbindən internet kəsilibbackend

Afrikanın bir çox ölkəsində sualtı xətlərdəki nasazlıqlar səbəbindən internet kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, bir çox Afrika ölkəsində dənizaltı internet xətlərindəki nasazlıqlar səbəbindən fasilələr yaranıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Afrikanın ən böyük şəbəkə provayderlərindən biri olan MTN Group-un verdiyi açıqlamada bir çox ölkədə gün ərzində internet kəsilməsinin yaşandığı paylaşılıb.

Açıqlamada kəsintilərin dənizin altındakı xətlərdə yaranan qırılma və nasazlıqlardan qaynaqlandığı bildirilib, Fil Dişi Sahili, Liberiya, Benin, Qana, Burkina Faso, Namibiya kimi ölkələrdə internetin kəsildiyi qeyd edilib.

Açıqlamada daha əvvəl də fasilələrin yaşandığı diqqətə çatdırılıb və tədbir görülmədiyi təqdirdə son nasazlıqların gələcəkdə daha böyük fəsadlara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Zədələnmiş kabel şəbəkələrinə Qərbi Afrika Kabel Sistemi (WACS) və Avropaya qoşulan xətlər daxildir.