Ağ Ev İsraildən müharibə strategiyasını dəyişməyi tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Qəzza zolağında mülki əhali arasında itkilərin artması ilə əlaqədar olaraq ABŞ Prezidenti Cozef Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fikir ayrılıqları getdikcə dərinləşir.
Bildirilib ki, ABŞ İsrailin daha lokal xarakterli döyüş aparmasını gözləyir.
Məlumata görə, Pentaqon rəhbəri Lloyd Oustin bütün bu məsələləri müzakirə etmək üçün bu gün İsrailə gedəcək. O, bir sıra rəsmi şəxslərlə görüşəcək.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Ağ Ev daha əvvəl bir neçə dəfə İsraili dəstəkləyəcəyini bildirib.