Ağ Evin darvazasına maşın çırpılıb, sürücü nəzarətə götürülübbackend

Ağ Evin darvazasına maşın çırpılıb, sürücü nəzarətə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtonda avtomobil Ağ Evin xarici darvazasına çırpılıb, sürücü saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Məxfi Xidmətindən verilən açıqlamada bazar ertəsi yerli vaxtla saat 18:00-a yaxın Vaşinqtonda bir avtomobilin Ağ Ev kompleksinin xarici darvazasına çırpıldığı açıqlanıb.

ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi hadisənin araşdırıldığını və sürücünün nəzarətə alındığını bildirib.

Hadisə zamanı ABŞ prezidenti Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.

Ağ Evdən hələlik heç bir açıqlama verilməyib.