Ağsuda təmiz hava aylığı çərçivəsində reyd keçrilib.
İnterpress.az xəbər verir ki, reyd zamanı qaydaları pozan 20 yaxın sürücü cərimələnib.
Ağsu rayon polis şöbəsinin DYPB-nin əməkdaşları ETSN-nin 6 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə birlikdə rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə reydlər həyata keçirir.
Reydləri keçirməkdə əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir.Reyd DİN və ETSN tərəfindən tədbirlər planının icrası ilə əlaqədar olaraq oktyabr ayının 10-dan Noyabr ayının 10 –a qədər bir ay müddətində avtonəqliyyat vasitələrindən atılan zərəli tüllantıların atmosfer havasının çirklənməsinin qarşısının alınması və mühərriklərin işlənmiş qazlardan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrini müəyyən etmək qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi məqsədi daşıyır.
Eyni zamanda görülən tədbirlər zamanı baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bu yönümdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.Bəzi sürücülər bu kimi reydlərin keçrilməsinin ətraf mühitin qorunmasının vacibliyini qeyd ediblər.Bəziləri isə avtomaşınlarının normal işlədiyini bildirərək polisin yoxlamasından narazılıq edib təkrar yoxlama tələb etdilər.Bundan başqa reyd zamanı qanunlara tabe olan sürücülərədə qanuna məhəl qoymayan sürücülərdə rast gəlindi.
Avtomobili sürücülük vəsiqəsi olmadan təhlükəsizlik kəmərini taxmadan və avtobilə əlavə konstruksiya edən sürücülərdə YPX tərəfindən aşkar olundu.
Reyd zamanı 50-a yaxın avtonəqliyat vasitəsi saxlanıldı onlardan 20 yaxın sürücü barəsində inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun olaraq protokollar tətbiq olundu.Bu cür reydlər Ağsu rayon PŞ-nin DYPB-nin əməkdaşları eləcədə ETSN-nin regional idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.