Aİ-dən Rusiyaya yeni sanksiyalarbackend

Aİ-dən Rusiyaya yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı almaz ticarətinə qadağa da daxil olmaqla 12-ci sanksiya paketini qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Şurası Rusiyaya qarşı üzv ölkələr arasında müzakirə edilən 12-ci sanksiya paketinin təsdiqləndiyini açıqlayıb. Yeni paketə əsasən, Aİ Rusiyadan almazların birbaşa və ya dolayı yolla idxalına, alınmasına və ya köçürülməsinə qadağa qoyacaq. Bu qadağa Rusiya mənşəli almazlara, Rusiyadan ixrac edilən almazlara, Rusiya ərazisindən tranzit keçən brilyantlara və üçüncü ölkələrdə emal olunmuş rus almazlarına şamil ediləcək. Yanvarın 1-dən qeyri-sənaye təbii və sintetik brilyant və almaz zinət əşyalarına qoyulan qadağa qüvvəyə minəcək. Üçüncü ölkələrdə emal edilmiş Rusiya almazlarının, o cümlədən tərkibində Rusiya mənşəli almazları olan zərgərlik məmulatlarının dolayı idxal qadağası 2024-cü il martın 1-dən mərhələli şəkildə qüvvəyə minəcək və 2024-cü il sentyabrın 1-dək başa çatacaq.