Avropa İttifaqı (Aİ) ilə Körfəz ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell “X”də yazıb.
O bildirib ki, Körfəz Əməkdaşlıq Şurasının (GCCSG) Baş katibi Casim Məhəmməd əl-Budeyvini ilə görüşdə regionda sülh, sabitlik və rifah naminə Körfəz tərəfdaşları ilə əməkdaşlığı necə gücləndirəcəklərinə diqqət yetiriblər.
“Bizə münaqişədən təcili çıxış yolu lazımdır, insan əzablarına son qoyulmalı və siyasi həll yoluna çalışılmalıdır. Avropa İttifaqı Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələri dərinləşdirməyə hazırdır”, – ali nümayəndə qeyd edib.