Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
O bildirib ki, yeni sanksiyalar paketi müxtəlif sahələri əhatə edə bilər.
A. Yermakın sözlərinə görə, yeni sanksiyalar paketinin yaxın günlərdə qəbul olunması gözlənilir.