Aİ və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlara başlayırbackend

Aİ və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar masasına oturacaqlar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Şurası Aİ Komissiyasına Birlik adından gələcək Aİ-İsveçrə münasibətlərinin əsasını təşkil edəcək “geniş tədbirlər paketi” ilə bağlı danışıqlar aparmaq səlahiyyətinin verildiyini açıqlayıb.

Bəyanatda bildirilib ki, danışıqların məqsədi Aİ ilə İsveçrə arasında ikitərəfli münasibətləri yeniləmək və dərinləşdirmək, Aİ ilə daxili bazarda fəaliyyət göstərən İsveçrə şirkətləri arasında ədalətli rəqabət mühitini təmin etmək və Aİ-nin hüquqlarını qorumaqdır.

Danışıqlarda İsveçrənin narahatlıqlarını aradan qaldıracaq elementlərin də yer aldığı vurğulanan açıqlamaya görə, insanların sərbəst hərəkəti, işçilərin təyinatı, dəmir yolu və avtomobil nəqliyyatı sahələrində AB qaydalarına uyğunlaşmaq üçün məhdud istisnalara icazə veriləcək.

Bəyanatda, daxili bazar təcrübələrində mübahisələri həll edəcək müddəalar, ictimai dəstək, İsveçrənin Aİ proqramlarında iştirakına icazə verilməsi, elektrik enerjisi, qida təhlükəsizliyi və sağlamlıq müqavilələri ilə bağlı danışıqların bərpası kimi məsələlərdə birlikdə irəliləyəcəyimiz bildirilib.

Aİ İsveçrənin ən böyük ticarət tərəfdaşıdır.