Aİ yük maşınları və avtobusların tullantılarını azaldırbackend

Aİ yük maşınları və avtobusların tullantılarını azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) qurumları 2040-cı ildən başlayaraq yük maşınları və avtobuslar kimi ağır nəqliyyat vasitələrinin karbon emissiyalarını 90 faiz azaltmağa razılaşıblar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Şurası üzv dövlətlər və Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda ağır avtomobillərin tullantılarının azaldılması ilə bağlı yeni qaydalar barədə razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, yeni qaydalarla yük maşınları və avtobusların yaratdığı çirklənmə azalacaq. Avtobuslar və yük maşınları da daxil olmaqla yeni ağır nəqliyyat vasitələri üçün karbon emissiyasının azaldılması hədəfləri artırılacaq.

Ağır avtomobillərin emissiyaları 2019-cu illə müqayisədə 2030-cu ildə 45 faiz, 2035-ci ildə isə 65 faiz azalacaq. 2040-cı ildən etibarən satılacaq yeni yük maşınları və avtobuslar kimi müxtəlif ağır nəqliyyat vasitələrinin emissiyaları 90 faiz azalacaq.

Avropa ölkələrində şəhər ərazilərində işləyən avtobuslar da 2035-ci ildən etibarən sıfır emissiya olmalıdır.

Bu mərhələdən sonra yeni qaydalar AP və üzv dövlətlər tərəfindən təsdiqləndikdən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.