Aleksey Navalnı komadadır, vəziyyəti ağırdırbackend

Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər zəhərlənmə şübhəsi ilə Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilən bloger Aleksey Navalnı komadadır.

İnterpress.az-ın məlumatına görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

“Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, – deyə o qeyd edib.

Omsk Xəstəxanasının baş həkimi də TASS-a açıqlamasında A. Navalnının ağır vəziyyətdə olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

 

İnterpress.az