Almaniya kəşfiyyatı Serbiyada etiraz aksiyalarının təşkilində ittiham olunubbackend

Almaniya kəşfiyyatı Serbiyada etiraz aksiyalarının təşkilində ittiham olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyadakı etirazlarının arxasında Qərbin xüsusi xidmət orqanları, ilk növbədə Almaniya kəşfiyyatı dayanır.

İnterpress.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel deyib.

“Şübhəsiz ki, bu etirazların arxasında Qərb ölkələrinin kəşfiyyatı dayanır. Bu dəfə Almaniya Federal Kəşfiyyat Xidməti böyük rol oynayır. Üstəlik, etiraz aksiyalarının arxasında ABŞ, Böyük Britaniya və Fransa xüsusi orqanları da dayanır”, – o vurğulayıb.

Siyasətçi qeyd edib ki, Serbiya hakimiyyəti güc tətbiq etməli olub və Belqrad belə bir qərarın verilməsinə dair uzun müddət tərəddüd edib, çünki daha əvvəl hakimiyyət məsuliyyətsiz insanlara körpüləri və magistral yolları bağlamağa icazə verib:

“Bunu vaxtında dayandırmaq lazım idi. Şəhərin mərkəzində istədiyiniz qədər etiraz edə bilərsiniz, lakin həyati əhəmiyyətli nəqliyyat qovşaqlarını təhlükə altına almaq olmaz. Bu halda güc tətbiqinə haqq qazandırmaq olar”.