Almaniya Leopard 1-in Ukraynaya çatdırılmasına icazə verdibackend

Almaniya Leopard 1-in Ukraynaya çatdırılmasına icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökumətinin Ukraynaya sənaye anbarlarından Leopard 1 tanklarının çatdırılmasına icazə verdiyi açıqlanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti “Leopard 1” tanklarının sənaye ehtiyatlarından birbaşa Ukraynaya çatdırılmasına icazə verib.

“Leopard” tanklarının Ukraynaya çatdırılması tanklar sənayedə təmir edildikdən sonra istənilən vaxt mümkün olacaq.

Almaniya yanvarın 25-də Ukraynaya 14 Leopard tankı tədarük edəcəyini açıqlamışdı.