Almaniya müdafiə naziri: “Rusiya ilə NATO arasında müharibə başlaya bilər”backend

Almaniya müdafiə naziri: “Rusiya ilə NATO arasında müharibə başlaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorios Rusiya ilə NATO arasında müharibə başlaya biləcəyini deyib.

İnterpress.az xəbər verir ki, o, alman KİV-inə müsahibəsində bildirib ki, hələlik Moskvanın Alyansa üzv olan hər hansı ölkəyə hücumunu ehtimal etmir.

“Amma biz, demək olar, hər gün Kremldən təhdidlər eşidirik. Bu yaxınlarda yenidən Baltikyanı ölkələrdəki dostlarımıza qarşı təhdidlər eşitdik. Ona görə də nəzərə almalıyıq ki, bir gün Rusiya hətta NATO ölkəsinə də hücum edə bilər”, – B.Pistorios bildirib.

Nazir ehtimal olunan savaşın yaxın 5- 8 ildə başlaya biləcəyini vurğulayıb.

B.Pistorios Almaniya Silahlı Qüvvələrini bu ssenariyə hazır olmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Alyans Silahlı Qüvvələrinin artıq Rusiya ilə müharibəyə başlamağa hazır olduğunu açıqlayıb. O, bu barədə mülki əhaliyə də xəbərdarlıq edib.