Hazırda Berlin üzərində zəhərli tüstü buludu yayılır.
İnterpress.az xarici mediaya istinadla xəbər verir ki, Berlində “İris-T” hava hücumundan müdafiə sistemləri istehsal edən hərbi zavod yanır.
Artıq vətəndaşlar pəncərələri bağlamağa və ventilyasiyanı açmamağa çağıran təcili mesajlar alıblar.
Diehl müdafiə sənayesi şirkətinin yanan binasında zəhərli kimyəvi maddələr var: sulfat turşusu və mis siyanid. Buna görə yanğın son dərəcə zəhərli hidrosiyan turşusunun əmələ gəlməsi ilə nəticələnə bilər.
Xuraman Etibarlı
İnterpress.az