Almaniyada hərbi danışıqların mediaya sızması ilə bağlı araşdırma başlayıbbackend

Almaniyada hərbi danışıqların mediaya sızması ilə bağlı araşdırma başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federal Prokurorluğu Rusiyada hərbi hava qüvvələri zabitləri arasında Ukraynaya dəstək barədə danışıqların səs yazılarının dərci ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Federal Prokurorluqdan verilən açıqlamada, Federal Baş Prokuror Yens Rommelin məxfi xidmət agenti fəaliyyəti şübhəsi ilə məsələ ilə bağlı araşdırma başlatdığı bildirilib.

Alman mətbuatında çıxan xəbərlərdə istintaqın naməlum şəxslərə qarşı aparıldığı, lakin alman zabitlərin telefonlarının dinlənilməsinin arxasında Rusiya xüsusi xidmət orqanlarının olduğu dəqiq olduğu bildirilmişdi.

Alman zabitlərinin səs yazısı dərc edilib

Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını dərc edib.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə edirdilər.

Səsyazıda “Taurus” raketlərinin Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Krım yarımadasında inşa etdiyi Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.