Almaniyada qar və buza görə uçuşlara məhdudiyyət qoyulubbackend

Almaniyada qar və buza görə uçuşlara məhdudiyyət qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın mərkəzi, qərb və cənub-qərbində güclü qar yağması və həddindən artıq buzlanma səbəbindən bəzi reyslər həyata keçirilə bilməyib və magistral yollarda çoxlu qəzalar baş verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Meteorologiya İdarəsi (DWD) günorta saatlarından başlayaraq xüsusilə ölkənin orta və cənubunda güclü qar yağacağı və həddindən artıq buzlanmanın gözlənildiyini açıqlayıb.

DWD, Baden-Vürtemberq və Bavariya, Reynland-Pfalz, Saarland əyalətlərinin bir hissəsi, Hessen və Şimali Reyn-Vestaliya əyalətlərinin bir hissəsi üçün soyuq, güclü qar yağması və həddindən artıq buzlanma barədə xəbərdarlıq edib.

Səhər saatlarından ölkənin qərb və cənub-qərbində başlayan soyuq və yağışlı hava yolların sürüşkən olmasına səbəb olub.