Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıbbackend

Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım körpüsünü uzaqmənzilli raketlərlə dağıtan alman zabitlərinin səs yazısı yayıldıqdan sonra Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Girişdə jurnalistlərin suallarına cavab verməyən səfir Lambsdorff bir müddət sonra açıqlama vermədən nazirliyi tərk edib.

Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını dərc edib.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə edirdilər.

Səsyazmada “Taurus” raketlərinin Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında tikilmiş Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Berlindən səs yazısındakı danışıqlarla bağlı izahat istəyib. Rusiya xarici işlər naziri Sergey Lavrov bir tərəfdən bu vəziyyəti “təəccüblü” kimi qiymətləndirərkən, digər tərəfdən “NATO-dakı həmkarlarının bilərəkdən yalan danışdığını” bəyan edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də səs yazılarına əsaslanaraq Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.