Amerikalıların sərvəti ötən ilin son rübündə 156,2 trilyon dollara yüksəlibbackend

Amerikalıların sərvəti ötən ilin son rübündə 156,2 trilyon dollara yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2023-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 3,2 faiz artaraq 156,2 trilyon dollara çatıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2023-cü ilin oktyabr-dekabr ayları üçün “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.

Müvafiq olaraq, ölkədəki ev təsərrüfatlarının xalis sərvəti ötən ilin dördüncü rübündə 156,2 trilyon dollara yüksəlib.

Ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 3,2 faiz artan ev təsərrüfatlarının sərvəti də 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti ötən ilin birinci rübündə 147,5 trilyon dollar, ikinci rübdə 152,8 trilyon dollar, üçüncü rübdə isə 151,4 trilyon dollar olaraq hesablanıb.

Ötən ilin son rübündə səhmlərin dəyəri 4,7 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 600 milyard dollar azalıb.

Amerikanın ev təsərrüfatlarının borcu keçən ilin dördüncü rübündə 2,4 faiz artıb

Sözügedən dövrdə istehlak kreditləri 3,3 faiz, ipoteka (mənzil krediti) borcları isə 2,1 faiz artıb.