Ankara F-35 inadından əl çəkmir – Vaşinqtonda yeni görüş olacaqbackend

Ankara F-35 inadından əl çəkmir – Vaşinqtonda yeni görüş olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və ABŞ bu ilin əvvəlində Vaşinqtonda keçiriləcək görüşdə F-35 problemini müzakirə edəcəklər.

Yenisabah.az “Huriyyet”ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Hulusi Akar bildirib.

“F-35 məsələsinə gəlincə, ABŞ nümayəndə heyəti bu məsələ ilə bağlı oktyabr ayında Türkiyəyə gəlib. Nümayəndə heyətimiz ilin əvvəlində bu məsələni yenidən müzakirə edəcək. Bu görüşün Vaşinqtonda baş tutması ehtimalı var. Biz mövqeyimizi Amerika tərəfinə açıq şəkildə bildirmik. Nəticələri gözləyirik”, – deyə Akar vurğulayıb.

Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə Türkiyəyə rəsmi bildiriş göndərmişdi.

ABŞ Türkiyənin 2007-ci ilin yanvarında F-35 layihəsinin qalan yeddi tərəfdaşı – Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzaladığı birgə F-35 memorandumunu ləğv edib.

Prezident Ərdoğan daha əvvəl demişdi ki, ABŞ F-35 təchizat proqramından çıxarıldıqdan sonra ölkəsinə F-16 qırıcıları almağı təklif edib.