Aprelin 15-dən Azərbaycanda sərt karantin tətbiq ediləcək? – AÇIQLAMAbackend

Aprelin 15-dən Azərbaycanda sərt karantin tətbiq ediləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son günlər yoluxma sayında xeyli artım müşahidə edilir.

Ötən gün 2206 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər isə vəfat edib.

Sosial şəbəkələrdə isə müzakirə mövzusu sərt karantinin tətbiq edilməsi ilə bağlıdır. Bəzi KİV və sosial şəbəkə istifadəçiləri aprelin 15-də brifinq keçiriəcəyi və Azərbaycanda sərt karantinin tətbiq ediləcəyini bildirirlər.

Məsələ ilə bağlı qazet.az-ın əldə etdiyi məlumata görə, birifinqin keçiriləcəyi ilə bağlı tarix hələ ki, bilinmir. Sərt karantinin tətbiq edilməsi isə Operativ Qərargahın qərarından asılı olaraq verilə bilər.

Bildirildi ki, Azərbaycanda sərt karantinin tətbiq edilməsi ilə bağlı məsələ gündəmdə deyil. Lakin yoluxma sayı daha da artarsa, bəzi məhdudiyyətlər tətbiq edilə bilər.

 

İnterpress.az