Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı görüntülərin yayıldığı məlumatı nəzarətə götürülüb.
İnterpress.az xəbər verir ki, AQTA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb.
Qeyd olunub ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.