“Araz-Naxçıvan”ın bugünkü məşqindən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.
İnterpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında bir araya gələn kollektivə Ulu Öndər haqqında qısa məlumat verilib.
Komanda birgünlük istirahətin ardından bərpa məşqlərinə başlayıb. Bölgə təmsilçisinin heyətində nə zədəli, nə də cəzalı oyunçu var.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 15-də “Sabah”a qarşı keçirəcək. “Dalğa Arena”da baş tutacaq XVII turun matçı saat 15:00-da başlayacaq.