Argentinanın Bahia Blanca liman şəhərini vuran güclü qasırğa nəticəsində 13 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Səlahiyyətlilər bölgədə küləyin saatda 140 kilometr sürətlə əsdiyini və ən azı 300 nəfərin təxliyə edildiyini bildirib.
Bahia Blanca Bələdiyyə Başçısı Federico Susbielles X sosial media hesabında etdiyi paylaşımda qasırğa nəticəsində 13 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib.
“Ölən 13 nəfərin ailələri və yaxınları ilə həmrəy olduğumuzu bir daha təsdiqləmək istərdim. Bununla əlaqədar şəhərdə 72 saatlıq matəm elan edirik” – Susbielles deyib.
Bölgədəki vəziyyətin kritik olaraq davam etdiyini vurğulayan Susbielles şəhər sakinlərini evdə qalmağa çağırıb.