Arı sancması zamanı ilk yardımbackend

Arı sancması zamanı ilk yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəşin istiliyi artdıqca həşəratlar da canlanmağa başlayır. Arılar ekologiya üçün nə qədər faydalı olsa da, onun sancmasından zərər çəkənlər də az deyil. Bəzən arı sancması antifilaktik şok, boğulma, hətta ölümlə nəticələnə bilər.

İnterpress.az xəbər verir ki, həkim-terapevt İsmayıl Əfəndiyev bununla əlaqədar deyib: “İlk yardım kimi antihistamin preparatlardan istifadə edilməsi məsləhətdir. Adrenalin vurmaqla həmin reaksiyanın qarşısını almaq olar. Ağrı çox narahat edirsə, zərərçəkənə hər hansı ağrıkəsici preparat vermək olar. Uşaqlara hərarətsalan preparatlardan birini vermək məqbuldur. Həmin preparatlar, həmçinin ağrıkəsici kimi də istifadə olunur. Arının sancdığı yerdən zəhəri yüksək təzyiqlə sormaq üçün xüsusi cihaz var, dərhal ondan istifadə etməklə zəhəri çıxarmaq mümkündür. Lakin çalışıb bunu ilk dəqiqələrdən etmək lazımdır”.

Arı sancması boğaz, dil nayihəsindədirsə, nəfəs yolları cərrahi üsulla açılmalıdır. Həkim-terapevtin dediyinə görə, həşərat sancması zamanı xalq təbabətindən uzaq durmaq lazımdır: “Ən sadə üsul ondan ibarətdir ki, arı sancan yeri hansısa dezinfeksiyaedici maddə ilə, məsələn, spirt və ya araqla silmək və həmin nahiyəyə hipertonik duz məhlulu qoymaq lazımdır. Yəni isti suya çoxlu miqdarda xörək duzu qatılır və yerinə sarğı qoyulur. Arı sancan yeri kəsərək ora sarımsaq, qatıq və jqut qoymaq məsləhət görülmür”.

Toksinləri bədəndən xaric etmək üçün dərinin altında qalan arı iynəsini 30 saniyə ərzində çıxarmaq lazımdır. İynə bədəndə uzun müddət qalarsa, zəhər daha çox yayılır. Arının sancdığı yer soyuq su və ya sabunla yuyulmalıdır.