“Avropa Gürcüstanı”nın üzvü Koba Dzaqnidze saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Dzaqnidze Cinayət Məcəlləsinin 150-ci, yəni məcburetmə maddəsi ilə saxlanılır.
Məsələ ilə bağlı “Avropa Gürcüstanı” bəyanat yayıb. Burada Koba Dzaqnidzenin yetkinlik yaşına çatmayan uşağa qarşı zorakılıqda ittiham olunduğu qeyd olunub.
“Bir neçə saat əvvəl biz öyrəndik ki, “Avropa Gürcüstanı” Van təşkilatının üzvü Koba Dzaqnidze azyaşlıya qarşı təzyiq ittihamı ilə saxlanılıb.
İttiham ciddidir, Avropa Gürcüstanı işin təfərrüatlarından xəbərdardır və məlumatlara uyğun hərəkət edəcək”, – təşkilatın bəyanatında deyilir.