Avropada miqrant dramı: minlərlə naməlum məzarlar varbackend

Avropada miqrant dramı: minlərlə naməlum məzarlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il minlərlə qeyri-qanuni mühacir yeni həyat ümidi ilə Avropaya yollanır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Onların bir çoxu miqrasiya yolunda həyatını itirir. Avropa Birliyi ölkələrində mindən çox mühacir məzarı var. İngiltərənin “The Guardian” qəzeti son 10 ildə Avropaya getməyə çalışan 29 mindən çox qeyri-qanuni immiqrantın öldüyünü, cəsədlərinin isə itkin düşdüyünü yazıb. Onların cəsədləri morqlarda və hətta yük konteynerlərində saxlanılır. Onlar öz qəbiristanlıqlarında basdırılır, adları və haradan gəldiyi məlum deyil.
Yunanıstan Avropa arzusunda olan qeyri-qanuni mühacirlərin ümidlərinin başladığı ölkədir…

Mindən çox nişansız məzar

Qeyri-Hökumət Təşkilatları, Qırmızı Xaç və İngiltərənin The Guardian qəzeti ortaq bir qrupla araşdırma aparıb. Paylaşılan məlumatlar böyük təsir bağışlayıb.

Onlar Avropa İttifaqının sərhədləri daxilində 24 qəbiristanlığa baş çəkib, mindən çox nişansız məzar tapıblar.

Ancaq bunlar aysberqin yalnız görünən hissəsidir. Son 10 ildə Avropa miqrasiya yollarında 29 mindən çox qeyri-qanuni immiqrantın öldüyü və onların cəsədlərinin itkin olduğu iddia edilir.

Yunanıstan, İtaliya, İspaniya, Xorvatiya, Polşa və Litvada mühacir qəbiristanlıqları var.Bəzi məzar daşlarında ad yoxdur.Bəzilərində isə sadəcə X hərfi və ya rəqəm var. Beləliklə, onlar yalnız rəqəmlərlə ifadə olunur.

Avropaya qeyri-qanuni yollarla getmək istəyərkən yoxa çıxan qohumlarını axtaranlar üçün də proqram yaradılıb. Son on ildə 16 min 500 müraciət edilib. Onlardan yalnız 285-i yaxınları haqqında məlumat ala bilib.