Avstraliyanın Təhlükəsizlik Ofisi “Google” və “Meta”ya müraciət edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ofis ölkədə geniş istifadə edilən sosial media platformalarına onların “ekstremist” məzmunu ilə bağlı bildiriş göndərildiyini açıqlayıb.
Müraciətdə Google, Meta, X, WhatsApp, Telegram və Reddit-dən istifadəçiləri “ekstremist” məzmundan qorumaq üçün gördükləri tədbirlər barədə məlumat vermələri istənilib.
Həm Avstraliyada, həm də bütün dünyada onlayn platformalar səbəbindən terror və radikallaşma riskinin davam etdiyi qeyd edilib.
Bu fonda “ekstremist” alqoritmlərin necə istifadə edildiyi ilə bağlı narahatlıqların davam etdiyini vurğulanıb.
Sosial media platformalarına sorğuya cavab vermək üçün 49 gün vaxt verilib. Göstərilən müddətdə hesabat təqdim etməyən platformaların hər gecikmə günü üçün təxminən 510 min dollar maliyyə cəzasına məruz qalacağı gözlənilir.