Avtomobilini 4 gün sonra qarın altından tapdıbackend

Avtomobilini 4 gün sonra qarın altından tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Artvinin Borçka mahalının Camili bölgəsində nəqliyyata bağlanan kənd yolunu açmaq üçün əraziyə gedən operatorun maşını qar altında itib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Operator 4 günə yol kənarında qoyduğu nəqliyyat vasitəsinə çata bilib.

Gürcüstanla sərhəddə yerləşən Türkiyənin UNESCO-nun himayəsində olan ilk və yeganə biosfer qoruq ərazisi olan 1900 hündürlükdəki Camili (Macahel) aşırımında qarın qalınlığı 2 metrə çatıb.

Güclü qar yağışının ardından Karayolları bölgədəki xüsusi bir şirkətə icazə verib. Şirkət sahibi və inşaat maşınlarının operatoru Camili rayon sakini Osman Öndər komandası ilə rayona gedərək qar təmizləmə işlərinə başlayıb.

Son günlər şəhərə yağan qardan sonra özünə məxsus “Toyota 4×4” markalı avtomobili ilə bölgəyə gedən Öndər qar və uçqun səbəbindən davam edə bilməyəndə avtomobilini yol kənarında qoymalı olub.

Qar yağan zaman iş maşını ilə qar təmizləyən zaman yol kənarına buraxdığı Öndərin maşını qarın altında qalıb. 4 gündən sonra maşınına çata bilən Öndər avtomobilin gövdəsində əziklərin olduğunu bildirib.

Qarın altında qalan avtomobilini kürək yardımı ilə tapa bilib.