Az yatanların DİQQƏTİNƏ: Gündə 6 saatdan az yuxu beynin deqradasiyasına SƏBƏB OLURbackend

Az yatanların DİQQƏTİNƏ: Gündə 6 saatdan az yuxu beynin deqradasiyasına SƏBƏB OLUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündə 6 saatdan az yatmaq beynin deqradasiyasına və insanın qabiliyyətlərinin kəskin zəifləməsinə səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalı məlumat yayıb.

Tədqiqatçılar və tibb mütəxəssisləri xəbərdarlıq edirlər ki, sutka ərzində 6 saatdan az yatmaq insan beyninin sürətli deqradasiyasına yol açır və koqnitiv qabiliyyətləri kəskin şəkildə aşağı salır.

Müntəzəm olaraq yuxusuzluqdan əziyyət çəkmək diqqət konsentrasiyasını, yaradıcılığı (kreativliyi) və ölçülüb-biçilmiş qərarlar qəbul etmək bacarığını zəiflədir.

Yuxu çatışmazlığı həmçinin beynin planlaşdırma, özünənəzarət və risklərin qiymətləndirilməsinə cavabdeh olan prefrontal qabığına (prefrontal korteks) mənfi təsir göstərir. Bu səbəbdən kifayət qədər yatmayan insanlar daha çox impulsiv davranışlara yol verir və riskli qərarlar qəbul etməyə meylli olurlar.

Mütəxəssislər qeyd edirlər ki, xroniki yuxusuzluq uzunmüddətli perspektivdə Altsheymer kimi neyrodegenerativ xəstəliklərin yaranma riskini də artırır.

Beynin fəaliyyətini bərpa etməsi və gün ərzində toplanmış toksinlərdən təmizlənməsi üçün böyüklərə sutkada ən azı 7-8 saat keyfiyyətli yuxu tövsiyə olunur.

Yuxu rejiminin pozulması həm də immun sistemini zəiflədir və bədəndə iltihabi prosesləri sürətləndirir.

Xuraman Etibarlı

İnterpress.az